Yazını böyüt
Yazını kiçilt
Serbiyanın bəzi bölgələrində qırmızı və narıncı hava xəbərdarlığı elan olunub.
Hafta.az xəbər verir ki, ölkənin şərq, cənub-şərq və cənub-qərbində qırmız hava xəbərdarlığı verilib. Narıncı hava xəbərdarlığı isə paytaxt Belqradda, eləcə də, Bakka, Banat, Srem, Qərbi Serbiya və Şumadiyada qüvvədədir.
Növbəti günlərdə havanın temperaturunun bəzi yerlərdə 36-40 dərəcə təşkil edəcəyi bildirilib. Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, həmçinin ultrabənövşəyi radiasiyadan qorunma tədbirlərinin həyata keçirilməsi məsləhət bilinib.