AZ

Qadın sünnəti: 27 milyon qız TƏHLÜKƏDƏDİR

BMT-nin Əhali Fondu (UNFPA) və Uşaq Fondu (UNICEF) qadın sünnəti ilə bağlı 2024-cü il üzrə illik hesabatını açıqlayıb.

Modern.az-ın məlumatına görə, sənəddə bildirilir ki, bu günə qədər dünyada 230 milyondan çox qadın və qız sünnət edilib.

Təşkilatlar xəbərdarlıq edir ki, əgər bu istiqamətdə mübarizə sürətlənməzsə, 2030-cu ilə qədər daha 27 milyon qız qadın sünnəti riski ilə üz-üzə qalacaq.

“Qadın sünnəti sadəcə sağlamlıq problemi deyil, bu, insan hüquqlarının pozulmasıdır”, - hesabatda qeyd olunub.

Ən çox sünnət halları Afrikada qeydə alınır

Qadın sünnəti əsasən Afrika və Asiyanın bəzi ölkələrində geniş yayılıb.

Qadınların sünnət edilməsi 144 milyonu Afrikada, 80 milyonu Asiyada, 6 milyondan çoxu isə Yaxın Şərqdə olmaqla ümumilikdə 94 ölkədə müşahidə olunur. Somali, Mali və Qvineya kimi ölkələrdə qadınların 90 faizindən çoxu bu zorakılığa məruz qalır.

Hesabatda qeyd edilir ki, bəzi ölkələrdə (Kenya, Efiopiya, Burkina Faso) son 30 ildə qadın sünnətinin yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azalsa da, bir çox ölkədə vəziyyət dəyişməyib.

Hesabatda Qambiyada qadın sünnətinin qadağan olunmasını ləğv etməyə yönəlmiş təşəbbüsün parlament tərəfindən rədd edildiyi xüsusi qeyd olunub. Bu, yerli qadın təşkilatları və beynəlxalq qurumların uğurlu lobbiçiliyi sayəsində mümkün olub.

Somalidə isə bəzi bölgələrdə hüquqi çərçivə möhkəmlənsə də, ümumi mübarizə hələ də davam edir.

Hesabatda qadın sünnətinə qarşı mübarizədə fəallaşan qadınların hekayələri də yer alıb. Mali Respublikasında yaşayan Koko adlı ana danışır: “Altı yaşlı qızım sünnət zamanı qan itkisindən ölüm ayağında idi. O an başa düşdüm ki, bu, nə mədəniyyət, nə də adət deyil, bu, zorakılıqdır. İndi bu barədə susmuram. İstəyirəm başqa qızlar da xilas olsun”.

Seçilən
3
50
modern.az

10Mənbələr