AZ

BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirləcək

BAKI, 6 iyul. TELEQRAF

Bu gün Braziliyada BRİKS ölkələri liderlərinin sammiti başa çatıb.

Teleqraf xəbər verir ki, sammitin yekun bəyannaməsində liderlər Ukraynadakı vəziyyətlə bağlı mövqelərini bildiriblər.

Onlar münaqişənin nizamlanması üçün indiki səylərin sülh yolu ilə razılığa gətirib çıxaracağına ümid etdiklərini vurğulayıblar.

Sənəddə qeyd olunub ki, liderlər bu məsələdə vasitəçiliklə bağlı hazırkı təklifləri yüksək qiymətləndirirlər.

Yekun bəyannamədə eyni zamanda son günlər Ukrayna Silahlı Qüvvələrinin Kursk, Bryansk və Voronej vilayətlərində dəmir yollarına və körpülərə edilən hücumları və İrana hərbi zərbələrin endirilməsini pisləyiblər.

BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirləcək.

Seçilən
34
50
teleqraf.com

10Mənbələr