Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Qalatasaray" ötən mövsüm icarə əsasında heyətinə qatdığı Viktor Osimheni komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı hücumçuya illik 16 milyon avro maaş təklif edib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Osimhen özü də "Qalatasaray"da qalmaq niyyətindədir. 26 yaşlı forvard "sarı-qırmızılar"ın təklifi ilə razılaşıb.
"Napoli" futbolçunu 75 milyon avroluq sərbəstqalma məbləğindən aşağı qiymətə satmağı düşünmür. Hazırda iki klub arasında danışıqlar davam edir.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.