AZ

Mbappe bunu bacaran ilk futbolçu oldu

Kilian Mbappe “Real”ın heyətində bir mövsüm ərzində 7 fərqli turnirdə qol vuran ilk futbolçu olub.

Publika.az xəbər verir ki, o, bu mövsüm UEFA Superkuboku, La Liqa, Çempionlar Liqası, qitələrarası kubok, İspaniya kuboku, İspaniya superkuboku və klublararası dünya çempionatında fərqlənib. Ona qədər heç bir futbolçu bu naliyyətə imza ata bilməyib.

Bundan əlavə, Mbappe cari mövsümdə bütün turnirlərdə vurduğu qolların sayını 44-ə çatdırıb. Bu göstərici, Fransa futbolçuları arasında Avropanın aparıcı dörd liqasında (İspaniya, İngiltərə, Almaniya, İtaliya) vurulmuş ən yüksək göstəriciyə bərabərdir. O, bu nəticə ilə yalnız 2021/22 mövsümündə 44 qol vuran sabiq “Real”lı Karim Benzemanın rekordunu təkrarlayıb.

Seçilən
13
19
publika.az

10Mənbələr