AZ

Şəhid atası olan həkim vəfat etdi

BAKI, 6 iyul. TELEQRAF

Birinci Qarabağ müharibəsinin şəhidiƏlfi Məmmədovun atası, həkim Məhəmməd Məmmədov 87 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

M.Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Mərhum Ağcabədi rayonunda dəfn olunub.

Qeyd edək ki, Məmmədov Məhəmməd Mirzə oğlu 1938-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.

1964 -cü ildə Şamaxı Tibb Məktəbini bitirib. Uzun illər Ağcabədidə həkim kimi çalışıb.

Onun oğlu Əlfi Məmmədov 1993-cü il aprelin 24-də Xocavənd rayonunun Nərgiztəpə ərazisində gedən döyüşlərdə şəhid olub.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr