AZ

“Bıçaq sümüyə dirəndi, pul olmayan yerdə uğur da olmur

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İki gün əvvəl "Qəbələ" Futbol Akadamiyasının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı açıqlama yayıldı. Açıqlamaya bu addımın səbəbi kimi maliyyə çatışmazlığı göstərilib. Təbii ki, bu addım birmənalı qarşılanmadı, az qala hər kəs günahkar axtarışına çıxdı. Bəs “qırmızı-qaralar”ın ən böyük azarkeş qrupu "Red Black Army" bu haqda nə düşünür? Bu sualı fanklubun rəhbərlərindən Cavad Şərifliyə ünvanladıq:

"Burda günahkar axtarmağın mənası yoxdu. "Qəbələ" klubu illərdi akademiyanı aşağı büdcə ilə saxlayır. Bu akademiya Azərbaycan futbolu üçün nə qədər futbolçu yetişdirib. Akademiyada həmişə hər şey ideal təşkil olunub. İstər qidalanma, istər məşqlərin keçirilməsi, uşaqların təlim-tərbiyəsi - hər şey. Aşağı büdcə ilə ediblər bunu. AFFA hər il klublara üç milyon manat ayırıb. Digər klublarda bu akademiya olmayıb. "Qəbələ" bu pulla həm akademiyaya baxırdı, həm də əsas komandaya. Əsas stadionun işıqlandırılması, istiliyi və s. də hamısı pul deməkdi. Nə qədər təbii örtük var, nəqliyyat, qalmaq - bunlar hamısı aşağı büdcə ilə təmin olunub. Artıq bıçaq sümüyə dirəndi. Vəziyyət indi həqiqətən də böhran həddindədi. 1-ci liqadan elitaya yüksəlmişik. Vəziyyət o qədər də yaxşı deyil, çətindi. Çox adam elə qələmə verir ki, "Qəbələ" Futbol Akademiyası bağlandı. Xeyr, belə şey yoxdu. Sadəcə, maddi sıxıntılar özünü göstərəcək. Qıraqdan uşaqlar gətirə bilməyəcəyik, əvvəl uşaqların qalması üçün otel var idi, indi o otel olmayacaq. Amma inanıram ki, "Qəbələ" zamanla özünə gələcək. Çünki bizdə baza var, hər şəraitimiz var. Azərbaycanın əksər komandasında olmayan şərait bizdə var. İnşallah, yenidən yaxşı sponsor taparıq, akademiya öz əzəməti ilə geri dönər, ölkəyə futbolçular yetişdirməkdə davam edər. Futbolu istəyən insanlar olsaydı, bu akademiyanın bu vəziyyətə düşməsinə qətiyyən razı olmazdı. Sponsor tapıb kömək etmək lazım idi. "Qəbələ" həmişə Azərbaycan futbolunun sütunlarından olub. Düzdü, yenidən akademiyalar yaranmağa başlayıb. "Sabah"ın, "Turan Tovuz"un akademiyası var. Amma "Qəbələ" Futbol Akademiyası "Bakı"dan sonra ən güclü infranstruktura malik akademiyadı. Sadəcə, dediyim kimi: bıçaq sümüyə dirəndi, pul olmayan yerdə uğur da olmur".

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
icma.az

10Mənbələr