BAKI, 7 iyul. TELEQRAF
Ankara prokurorluğunda Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında cinayət işi açılıb.
Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, partiya lideri ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlərə görə araşdırmalara başlanılıb.
Məlumata görə, Özgür Özəl “Prezidenti təhqir etmək, açıq şəkildə cinayətə sövq etmək, dövlət məmurlarını vəzifələrinə görə təhqir etmək və hədələmək" maddəsi ilə ittiham olunur.