ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Arakçı ilə görüşündə İsrail və ABŞ-ın BMT Nizamnaməsinə zidd olaraq İran ərazisinə əsassız hərbi zərbələr endirməsini pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində nazirlərin görüşünün yekunlarına dair bəyanatında deyilir.
“Rusiya tərəfi BMT Nizamnaməsi və beynəlxalq hüququn tələblərinə zidd olaraq İsrail və ABŞ-ın İran ərazisinə əsassız hərbi zərbələr endirməsini, o cümlədən ölkənin MAQATE-nin qarantı altında olan nüvə enerjisi infrastruktur obyektlərinin bombalanmasını pislədiyini bir daha təsdiqləyib”, - deyə Rusiya XİN məlumat yayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.