AZ

İsrail ordusu “Hizbullah”a silsilə zərbələr endirdi

BAKI, 7 iyul. TELEQRAF

İsrail ordusu Livandakı “Hizbullah” təşkilatının hədəflərinə yeni silsilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr Livanın cənub bölgələrində və ölkənin şərqindəki Bekaa vadisində həyata keçirilib. Hücumun hədəfləri “Hizbullah”ın hərbi obyektləri, o cümlədən “strateji silahlar” üçün istehsal və anbar yerləri və raket buraxılış qurğusu olub.

Rəsmi Təl-Əviv iddia edir ki, “Hizbullah”ın bu ərazidə olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır: "İsrail ordusu dövlət üçün hər hansı təhlükəni aradan qaldıraraq, fəaliyyətini davam etdirəcək".

Seçilən
16
4
teleqraf.com

10Mənbələr