İtaliyanın Kaorle şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan milli komandası qitə birinciliyində 5 medal qazanıb.

Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.