ain.az, Cbcsport saytına istinadən bildirir.
Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyunda məğlub olub.
Komanda Andorra seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, milli ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.