AZ

SON DƏQİQƏ: İsrail ordusu Yəməndə İrana bağlı hədəfləri vurdu - VİDEO

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (CAXAL) Yəmənin Hudeydə limanında yerləşən Husi qruplaşmasına məxsus mövqelərə hava zərbələri endirib.

Qeyd olunur ki, hücumlar İranın dəstəklədiyi Husi silahlı birləşmələrinin Yaxın Şərqdəki fəaliyyətlərinə cavab olaraq həyata keçirilib. Hədəf alınan obyektlər arasında qruplaşmanın nəzarət məntəqələri və hərbi anbarlarının olduğu bildirilir.

Bu, İsrailin Yəmən ərazisində husilərə qarşı ilk genişmiqyaslı hücumu kimi qiymətləndirilir və bölgədəki gərginliyin daha da artacağı istisna olunmur.

Hadisə ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməsə də, beynəlxalq müşahidəçilər bunun regionda yeni eskalasiya mərhələsinin başlanğıcı ola biləcəyini istisna etmirlər. 

 

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr