AZ

İsrail Yəmənə hücum etdi

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin Hodeyda vilayətində yerləşən Hodeyda limanına zərbələr endirir. SİA xəbər verir ki, bu barədə qiyamçılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, həmin ərazi hazırda üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətindədir. Qeyd edilib ki, liman yaxınlığında güclü partlayış səsləri eşidilib. Zərbələr nəticəsində böyük yanğın baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
46
sia.az

10Mənbələr