AZ

“Palmeyras” “Botafoqo”dan güclü oldu

ain.az, Footbal-plus saytına istinadən bildirir.

1/8 finalın ilk oyunu Braziliya derbisi idi. Gözlənildiyi kimi, “Palmeyras” “Botafoqo”ya qalib gəldi. Ancaq San Paulu təmsilçisi qələbə yolunda ciddi əziyyət çəkdi. Yeganə qol da əlavə vaxtda, daha dəqiqi, 100-cü dəqiqədə vuruldu. Ümumiyyətlə, ilk yarıda futbol yox, təkbətək mübarizələr izlədik. Ancaq 2-ci hissədə meydanda daha gərgin mübarizə getdi. Viktor qapısını toxunulmaz saxlamaq üçün əlindən gələni etdi, ancaq o da Paulinyonun uzaq küncə dəqiq zərbəsi qarşısında aciz qaldı.Braziliyalıların belə oyunla London təmsilçisi ilə qarşılaşmada nəyəsə ümid etməsinə dəyməz. “Palmeyras” Filadelfiyada heç də xoş təsir bağışlamadı. “Botafoqo” isə daim rəqibin oyun tempini aşağı salmağa çalışsa da, bu da məğlubiyyətdən qurtulmağa yardım etmədi. Nominal meydan sahibləri 116-cı dəqiqədə azlıqda qaldı, fransalı referi Letesye daha 5 dəqiqə artırdı. Bununla belə, “Botafoqo” məğlubiyyətdən qaça bilmədi. Yeri gəlmişkən, məğlubiyyətdən dərhal sonra klub rəhbərliyi baş məşqçi Renato Payvanı istefaya göndərdi.Palmeyras - Botafoqo RJ 1:0 (0:0, 0:0, 1:0), əlavə vaxtdaPalmeyras (Braziliya): Veverton, Pikeres, Fuks, Qomes, Giay, E.Martines (Moreno, 91), Rios, Estevan (Paulinyo, 63/Mikael, 103), Maurisio (Torres, 84), Allan (Mayke, 71), Roke (Luici, 63). Botafoqo (Rio de Janeyro, Braziliya): Viktor, Telles (Kuyabano, 66), A.Barboza, Kunya (Nyuton, 83), Vitinyo, D.Barboza (Kayo, 83), Freytas (Kabral, 102), M.Allan (Montoro, 66), Savarino (Korrea, 71), Jezus, Artur.Qol: Paulinyo, 100.Vərəqələr: A.Barboza, 3. Telles, 35. Qomes, 40. Artur, 65. Pikeres, 85. Nyuton, 90+4. Estevao, 105 (meydandan kənarda). Marsal, 105 (meydandan kənarda). Montoro, 105+3. Moreno, 120+2. Veverton, 120+5 – sarı. Qomes, 116 – qırmızı (ikinci sarı).Hakim: Fransua Letesye (Fransa).28 iyun. Filadelfiya. 33657 tamaşaçı.Oyundan sonraBruno Fuks, “Palmeyras”ın müdafiəçisi:

“Baş məşqçi mövsüm baçlayandan bəri deyir ki, arzumuz var. Həmin arzunun arxasınca düşmüşük, oyundan-oyuna irəliləyirik. Həmişə yalnız növbəti oyunu düşünürük. Çox xoşbəxtik, qrup mərhələsini, 1/8 finalı arxada qoyduğumuza görə sevinirik. Artıq dediyim kimi, arzularımız davam edir”.

Vitinyo, “Botafoqo”nun müdafiəçisi:

“Amerikadan başıuca ayrılırıq. Rəqiblərimiz yüksək səviyyəli komandalar idi. “Botafoqo”nu, bu klubun futbolkasını layiqincə təmsil etdik. Əlbəttə, daha uzağa getmək istəyirdik, buna hazır idik. Ancaq heç də həmişə hər şey istədiyimiz kimi getmir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
16
icma.az

10Mənbələr