AZ

İsrail və HƏMAS arasında atəşkəs danışıqlarının ilk raundu nəticəsiz başa çatıb

Bakı. Trend:

Qəzza zolağında atəşkəsin əldə olunması məqsədilə İsrail vəHƏMAS hərəkatı arasında Dohada keçirilən dolayı danışıqlarınbirinci raundu nəticəsiz başa çatıb.

Trend-in “Sky NewsArabia” telekanalına istinadən verdiyi məlumata görə,məsləhətləşmələrin gedişi ilə tanış olan Fələstin rəsmiləribildiriblər ki, tərəflər atəşkəsin konkret şərtləri üzrə razılıqəldə edə bilməyiblər. Buna səbəb kimi, İsrail nümayəndə heyətininHƏMAS-la "müqavilə bağlamaq səlahiyyəti"nin olmamasıgöstərilib.

Danışıqlar iyulun 6-da axşam saatlarında Dohada davam edib.Görüşlərdə əsas müzakirə mövzuları 60 günlük atəşkəsin tətbiqi, 10israilli girovun azad olunması və 18 fələstinli qurbanınqalıqlarının təhvil verilməsi ilə bağlı HƏMAS-ın irəli sürdüyütəkliflər olub. HƏMAS iyulun 4-də bu plan üzrə vasitəçilərə müsbətcavab verdiyini açıqlamışdı.

Layihəyə əsasən, atəşkəs qüvvəyə mindikdən sonra müharibəyətamamilə son qoyulması və İsrail ordusunun Qəzza zolağındançıxarılması ilə bağlı əlavə danışıqlar aparılması da nəzərdətutulur.

Qeyd edək ki, bu danışıqlar İsrailin Baş naziri BenyaminNetanyahunun Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində baş tutub.Daha əvvəl “The National” nəşri mənbələrə istinadla yazmışdı ki,əgər Doha danışıqları uğurla nəticələnsə, ABŞ Prezidenti DonaldTramp Qəzza zolağında atəşkəs elan edə bilər.

Seçilən
12
41
az.trend.az

10Mənbələr