İraqın şimalında şəhid Nuri Melih Bozqurdun nəşinin axtarışı zamanı metan qazından zəhərlənmədən şəhid olan hərbçilərin sayı 12-ə çatıb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
“2025-ci il iyulun 6-da, Pəncə-Kilid əməliyyatı bölgəsində, 852 saylı təpədə separatçı -terror qruplaşmasının istifadə etdiyi bir mağarada aparılan axtarış-təmizləmə fəaliyyəti zamanı metan qazından təsirlənən daha dörd qəhrəman silah yoldaşımız şəhid olub, şəhidlərin ümumi sayı on iki nəfərə çatmıb”, - deyə məlumatda qeyd olunur.
ZÜMRÜD