AZ

ABŞ-da ərzaq çatışmazlığından şikayətlər artır

Bir neçə ildir ki, ABŞ-da yetkinlik yaşına çatmış sakinlər arasında qida çatışmazlığından şikayət edənlərin sayı artır.

"Report"un məlumatına görə, bu barədə "Morning Consult" konsaltinq agentliyinin aylıq hesabatına istinadən "Axios" nəşri yazır.

Hesabatda qeyd olunur ki, 2025-ci ilin may ayında yetkinlik yaşına çatmış amerikalıların 15,6%-i ərzaq çatışmazlığından şikayət edib. Bu isə 2021-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur.

Eyni zamanda, Filadelfiya ərzaq banklarında ərzağa tələbat 3 il əvvəlki dövrlə müqayisədə 120% artıb.

Yaranmış vəziyyətə baxmayaraq, ABŞ Konqresi ərzaq müavinətlərinin (SNAP) əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edib ki, bu da vəziyyəti yalnız daha da pisləşdirəcək.

Seçilən
3
27
report.az

10Mənbələr