AZ

Azərbaycanın Türkiyəyə təbii qaz satışından gəlirləri 112 milyon dollar azalıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3,191milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldəolunan gəlir 894,9 milyon ABŞ dolları olub.

Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcmifadəsi ilə 4 milyon kubmetr və ya 0,1% artıb, dəyər ifadəsi ilə112,1 milyon ABŞ dolları, yaxud da 11,1% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında AzərbaycandanTürkiyəyə 3,187 milyard kubmetr həcmində, 1,007 milyard ABŞ dollarıdəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxaledilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayındaAzərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyardkubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya,Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixracedilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Seçilən
3
34
az.trend.az

10Mənbələr