AZ

Azərbaycanın qeyri neft ixracında 2025 ci ilin may ayında artım qeydə alındı

ain.az, Bakivaxti saytına istinadən bildirir.

2025-ci ilin may ayında ölkənin qeyri-neft ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,9% artaraq əhəmiyyətli irəliləyiş göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda qeyd edilib.

Rəqəmlərə əsasən, 2025-ci ilin may ayında yeyinti məhsullarının ixracı 116,9 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 milyon dollar (təxminən 21%) çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 96,6 milyon dollar idi.

Qeyri-yeyinti məhsullarının ixracında isə 2025-ci ilin may ayında azalma müşahidə olunub. Belə ki, ötən ilin eyni ayında 244,2 milyon dollar olan qeyri-yeyinti məhsulları ixracı cari ildə 222 milyon dollar təşkil edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
50
bakivaxti.az

10Mənbələr