İsrail Yəmənin Ənsar Allah (Husi) hərəkatına qarşı yeni hərbi əməliyyata başlayıb...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti yəhudi dövlətinin müdafiə naziri İsrael Katzın bəyanatına istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, "Qara bayraq" əməliyyatı çərçivəsində İsrail ordusu təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilən və hazırda Qırmızı dənizdə terror fəaliyyətləri üçün istifadə edilən Hodeyda, Əs-Salif və Ras-İsa limanlarına, Ras-Katib elektrik stansiyasına və Qalaktika Lider gəmisinə güclü zərbələr endirib.
Katz həmçinin bildirib ki, Yəmən İsrailə davamlı raket hücumlarına görə İranın taleyini təkrarlayacaq.
Poliqon.info