BAKI, 7 iyul. TELEQRAF
Beş maşın Meksikanın Qvadalaxara və Tonala şəhərlərinin sərhəddində əmələ gələn nəhəng çuxura düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Meksikanın “Azteca” telekanalı məlumat yayıb.
Məlumata görə, 3 minik avtomobili, bir avtobus və bir yük maşını nəhəng çuxura düşüb. Xoşbəxtlikdən avtomobillərdə olanlardan heç kim xəsarət almayıb.
Hadisəyə güclü yağışın səbəb olduğu ehtimal edilir.
Ərazidə bərpa işlərinə başlanılıb.