AZ

Tayvanda "Danas" qasırğası: 28 nəfər xəsarət alıb, on minlərlə ev işıqsız qalıb

Bakı. Trend:

Bazar ertəsi gecə Tayvanın cənub-qərbinə çatan "Danas" qasırğasıciddi fəsadlara yol açıb.

Trend-in Fövqəladəİdarəetmə Mərkəzinə istinadla verdiyi xəbərə görə, təbii fəlakətnəticəsində azı 28 nəfər xəsarət alıb, 2853 nəfər təhlükəsizərazilərə təxliyə olunub.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi bildirib ki, qasırğa40–50 m/s sürətlə əsməkdə olan küləklər və güclü yağışlarlamüşayiət olunub.

Nəticədə 85 113 ev elektrik enerjisiz qalıb. Enerji təchizatıqismən bərpa edilsə də, 48 671 ev hələ də işıqsızdır. Sahilyanıərazilərdə məktəblər və ofislər bağlanıb, fövqəladə tədbirlərgörülməkdədir.

Sinoptiklərin məlumatına əsasən, "Danas" tayfunu hazırda adanınqərb sahili boyunca şimala doğru hərəkət edir. Yerli hakimiyyətorqanları əhalini ehtiyatlı olmağa çağırır.

Seçilən
2
19
az.trend.az

10Mənbələr