AZ

Bulvarda dənizə düşən qadın belə xilas edildi...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının  Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı bulvarı” dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb edilib.

 

Görülən operativ xilasetmə əməliyyatı tədbirləri sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Seçilən
0
50
senzor.az

10Mənbələr