Bakı. Trend:
2024-cü ildə dünyada adambaşına düşən ən yüksək dövlət borcunamalik ölkələr Sinqapur və ABŞ olub.
Trend-in BMT-ninstatistik məlumatlarına istinadla verdiyi xəbərə görə, Sinqapurdabu göstərici bir il ərzində 10,5 min dollar artaraq 158 min dollaraçatıb. Bu, ölkə üzrə ən yüksək göstərici hesab olunur.
ABŞ-də isə adambaşına düşən dövlət borcu 5,8 min dollar artaraq103,7 min dollar təşkil edib.
Adambaşına borcun həcminə görə Yaponiya da ilk üçlükdə yer alır.Burada borc 4,3 min dollar azalsa da, hər bir yapon vətəndaşınındövlətə olan ortalama borcu 76,9 min dollar olaraq qalır.
BMT-nin məlumatına əsasən, ötən il 134 ölkədə adambaşına düşənborc artıb, yalnız 48 ölkə bu göstəricini azalda bilib. Ümumihesablamaya görə, yer kürəsinin hər bir sakininə orta hesabla 11,4min dollar dövlət borcu düşür.