AZ

Texasda daşqında ölənlərin sayı 100-ə çatır – xeyli sayda itkin düşənlər var

BAKI, 7 iyul. TELEQRAF

ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfərə çatır.

Teleqraf xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, qurbanlar arasında ən azı 28 uşaq var. Xeyli sayda itkin düşənlər var.

Yada salaq ki, ötən həftə Texasda leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində böyük təbii fəlakət baş verib.

Seçilən
13
11
teleqraf.com

10Mənbələr