AZ

Texasda daşqın qurbanlarının sayı 82-yə çatdı: Tramp fövqəladə vəziyyət elan etdi  

ABŞ-ın Texas ştatında baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 82 nəfərə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mənbəyə görə, 40 nəfər itkin düşmüş sayılır, 28 nəfərin cəsədi isə hələlik tanınmayıb. Qurbanlar arasında qadınlar və uşaqların da olduğu bildirilir.

6 iyul tarixində ABŞ Prezidenti Donald Tramp Texasın Kerr dairəsində fövqəladə vəziyyət rejimi elan edib. Əraziyə xilasedici qüvvələr və fövqəladə hallar xidməti cəlb olunub.

Yağışların hələ bir neçə gün davam edəcəyi, ərazidə sel və torpaq sürüşməsi riskinin yüksək olduğu qeyd olunur. Dövlət orqanları əhalini təxliyə ilə bağlı xəbərdarlıqlara əməl etməyə çağırır.



Musavat.com

Seçilən
27
32
musavat.com

10Mənbələr