Almaniyanın Türingiya, Saksoniya və Brandenburq əyalətlərində meşə yanğınları güclənib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, 6 gündür davam edən meşə yanğınları isti hava, külək və zəiif su təchizatı səbəbindən nəzarət altına almaq hələlik mümkün olmayıb.
Məlumata görə, əksinə, yanğın daha da sürətlənib: "Bölgəyə çoxlu sayda yanğınsöndürən, silahlı qüvvələr və polis helikopterləri də cəlb olunub. Saksoniya və Brandenburq sərhəddində yerləşən Qohrişheydedəki yanğın artıq yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb".
Zülfiyyə Mustafayeva
MİA.AZ