Yeni mövsüm hazırlıqlarını davam etdirən "Sumqayıt" heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Operativ Media xəbər verir ki, Serbiya millisinin sabiq hücumçusu Ognjen Ozegovic karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxındır. 31 yaşlı forvard “Sumqayıt”ın maraq dairəsinə düşüb.
Ozegovic indiyədək “Red Star Belgrade”, “Vojvodina”, “CC Yatai”, “Čukarički”, “Partizan”, “Arsenal Tula”, “Darmstadt”, “Adanaspor”, “Manisa”, “Volos”, “Kifisia”, “Nizhniy Novgorod” və “Sakaryaspor” kimi klublarda çıxış edib. Təcrübəli oyunçu 379 matçda 125 qol və 33 assistlə yadda qalıb.