Səudiyyə Ərəbistanı və Omanla həmsərhəd olan və illərdir vətəndaş müharibəsi ilə mübarizə aparan Yəmən 2025-ci ildə dünyanın ən təhlükəli ölkəsi elan edilib.
Publika.az xəbər verir ki, Yəmən siyahıda Sudan, Ukrayna və Əfqanıstan kimi ölkələri geridə qoyub.
Bu barədə “World Population Review” jurnalının dərc etdiyi məlumatda bildirilir.
“Sibylline” strateji risk analizi firmasının Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə eksperti Ouen Uilyams vəziyyəti bu sözlərlə qiymətləndirib:
“Yəmən davam edən vətəndaş müharibəsi, geniş yayılmış ərzaq qıtlığı, hərbi müdaxilələr və ictimai infrastrukturun dağılması səbəbindən dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur”. Uilyams deyir ki, ölkədə uzun illər davam edən qeyri-sabitliyin kökü “husilər”in və ya “Ənsarullah”ın (Allahın tərəfdarları) beynəlxalq səviyyədə tanınmış hökumətə qarşı üsyanıdır. Qrupun şüarı belədir: