O, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbul üçün keçirilən yazılı test imtahanında iştirak edib və 100 mümkün baldan 75 bal toplayaraq növbəti – şifahi mərhələyə vəsiqə qazanıb. Xatırladaq ki, keçid üçün minimum 60 bal tələb olunur.
Asif Yusifli bu uğurunu özünün Facebook səhifəsində belə şərh edib:
“Vəkilliyə imtahanların ölkə üzrə ən çətin imtahan olduğunu, namizədin 51 yaşlı gənc olduğunu, son 11 ildə çox sevdiyi peşəsindən uzaq düşdüyünü nəzərə alsaq nəticəni qənaətbəxş hesab etmək olar. İnsan haqları müqəddəsdir və bunu qorumaq da vəkillərin üzərinə düşür. Ümid edirəm ki, ikinci mərhələni də layiqincə keçib sizlərin hüquqlarınızın keşiyində duracam.”
Xatırladaq ki, Asif Yusifli uzun illər Əli Kərimlinin ən yaxın ətrafında olub, lakin ötən ilin sentyabrında o, AXCP sədri Əli Kərimlinin yanından getdiyini və təşkilatdan istefa verdiyini açıqlamışdı. Bu addımdan sonra onun siyasi fəaliyyətini tamamilə geridə qoyaraq hüquq sahəsinə qayıtması diqqət çəkir.
Beləliklə, bir vaxtlar Azərbaycanın ən radikal müxalifət düşərgəsinin önündə gedən Yusifli indi vəkillik institutuna qədəm qoyaraq “ikinci həyatına” başlayır. O, paylaşımında da bunu vətən və xalq üçün xeyirli olacağına ümid etdiyini bildirib. (Musavat.com)
10Mənbələr
-
valyuta.azAzərbaycanda bu müəllimlərə 2250 manat veriləcək - SİYAHI ( 19018147)
-
avtosfer.azÜç kobud qayda pozan sürücü qapını açıb görün nə etdi - VİDEO ( 19017949)
-
azertag.azVəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazanıb YENİLƏNİB ( 19014568)
-
azia.azƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19010734)
-
bakivaxti.azƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19010587)
-
demokrat.azƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19010530)
-
pravda.azƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19008874)
-
pravda.azƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19008871)
-
musavat.comƏli Kərimlinin yanından getdi, vəkilliyə yolu açıldı ( 19007704)
-
hafta.azVəkilliyə 196 namizəd uğur qazanıb ( 19001845)