AZ

Binanın uçması nəticəsində ölənlərin sayı 27-yə çatdı

Pakistanın Kəraçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. Məlumata görə, iyulun 4-də baş vermiş hadisənin ardından ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi şəxslər dağıntılar altında hələ də çox sayda insanın qaldığını bildiriblər.

Qeyd edək ki, hadisə zamanı uçan bina 1974-cü ildə inşa edilib və əvvəlcədən "təhlükəli" kateqoriyasında qiymətləndirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
4
50
manset.az

10Mənbələr