Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, iyulun 5-i Zaqatalada avtomobil qəzasında ər-arvad həyatını itirib.
“Qafqazinfo”nun məlumatına əsasən, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev hadisə yerində vəfat edib.
Onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı Fəryad İbrahimov və 13 yaşlı oğlu isə hadisə zamanı xəsarət alıb.
Qəza zamanı ölən ər-arvadın fotosunu təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.