AZ

Şadlıq sarayında FACİƏ: ölən var

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, ötən ayın 28-də Beyləqanda yerləşən "Kral" şadlıq sarayında təmir işləri aparan zaman rayon sakini olan iki usta - Cəfərov Elşən və Süleymanov Rauf ağır xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov paytaxtda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib. 

Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib. 

Hadisə zamanı xəsarət alan digər usta Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
45
bakivaxti.az

10Mənbələr