Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukrayna təmsilçisi “Metallist”lə üz-üzə gələcək.
Xarkovlularla qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə”ni 4 cavabsız qolla üstələmişdi.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.