Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlərdə Azərbaycanda bank kartlarından pul oğurluğu ilə bağlı şikayətlər artıb. Ekspertlər bildirirlər ki, kiberhücumların yeni formaları – phishing (fişinq), QR-kod saxtakarlığı və sosial mühəndislik üsulları vasitəsilə istifadəçilərin şəxsi məlumatları ələ keçirilir.
Tribunainfo.az ən çox yayılan fırıldaq üsullarını təqdim edir:
Saxta SMS və ya e-poçt vasitəsilə bank kimi təqdim olunaraq kart məlumatlarının istənilməsi
“Sürpriz qazandınız” vədləri ilə kliklənən zərərli linklər
Sosial şəbəkələrdə saxta kampaniyalar və uduş bildirişləri
Tanımadığınız şəxslərin telefonla zəng edib “kartınız bloklanıb” deməsi və məlumat istəməsi
Heç vaxt kart nömrənizi, PIN kodunuzu, CVV (arxa tərəfdəki 3 rəqəm) və ya SMS-lə gələn bir dəfəlik şifrəni sizdən telefonla və ya mesajla istəmir.
Heç bir bank əməkdaşı “kartınızı açmaq üçün bu kodu deyin” tələbi ilə sizə zəng etməz.
Unutmayın: Kartın təhlükəsizliyi yalnız bankın deyil, sizin də məsuliyyətinizdədir. Məlumatlarınızı qoruyun, çünki bir klik sizi bütün pulunuzdan edə bilər!
Dəniz Pənahova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.