AZ

Sabirabadda 3 otaqlı ev və tövlə yanıb


Sabirabad rayonu ərazisində fərdi yaşayış evinin, mal-qara tövləsinin, həmçinin ot bağlamalarının yanması ilə nəticələnən yanğın hadisələri baş verib. Fərdi yaşayış evinin yanması ilə nəticələnən hadisə axşam saatlarında Sabirabad rayonu Balakənd kəndində qeydə alınıb. Ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə rayonunun Cəngan kəndində qeydə alınıb. Baş verən yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb.

Mətləb

Seçilən
14
30
baki-xeber.com

10Mənbələr