AZ

İsrail Yəməndə yeni əməliyyata başladı

BAKI, 7 iyul. TELEQRAF

İsrail Yəməndə “Ənsar Allah” hərəkatına (husilər) qarşı “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri husilərin nəzarətində olan Hudeydə, Rəs-İsa və Əs-Salif limanlarına hava zərbələri endirib.

Eyni zamanda, Rəs-Qanatib bölgəsində yerləşən elektrik stansiyası da vurulub.

Seçilən
15
13
teleqraf.com

10Mənbələr