AZ

Ançelottinin oğlu bu klubun baş məşqçisi olacaq

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu David Ançelotti bu ölkənin “Botafoqo” klubunun yeni baş məşqçisi olmağa razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə “geglobo” məlumat yayıb.

Bu, Davidin baş məşqçi kimi ilk təyinatı olacaq. O, son illərdə “Real”da atasının köməkçisi kimi fəaliyyət göstərib və məşqçi qərargahında əsas fiqurlardan biri olub.

Hazırda o, Braziliya millisində Karlo Ançelottinin məşqçi korpusuna daxildir. Lakin Davidin Braziliya Futbol Konfederasiyası ilə rəsmi müqaviləsi yoxdur. Bu səbəbdən onun “Botafoqo”ya keçidinin qarşısında hüquqi maneə yoxdur.

Seçilən
21
10
publika.az

10Mənbələr