Azərbaycanlı futbolçu Nazim Məmmədzadənin yeni klubu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Qırğızıstan təmsilçisi “Alay”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Nazim daha əvvəl Azərbaycanda “Neftçi”, MOİK, Şimali Makedoniyada “Renova”, İspaniyada “Moralo”, “Luanko”, Latviyada “Qrobina”, Polşada “Svinoysçe”də çıxış edib.
Bundan öncə Mirabdulla Abbasov Qırğızıstanın “Abdış-Ata” klubuna keçib.