AZ

Əfqanıstan Azərbaycana daha çox investisiya yatırmaqda maraqlıdır

Bakı. Trend:

Şuşada keçirilən 6-cı İƏT biznes forumu çərçivəsində İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Əfqanıstan Ticarətvə İnvestisiya Palatası arasında görüş baş tutub.

TrendAZPROMO-ya istinadən xəbər verir ki, görüş zamanı AZPROMO-nunicraçı direktoru Yusif Abdullayev Qarabağın qədim tarixi, zənginmədəni irsi barədə məlumat verib, daha sonra Agentliyin fəaliyyətivə əsas prioritet istiqamətləri haqqında danışıb.

Əfqanıstan Ticarət və İnvestisiya Palatasının sədri TəvakolƏhmədyar Əfqanıstan nümayəndə heyətinin Şuşaya səfərindənməmnunluğunu ifadə edərək, ölkəsinin Azərbaycana daha çoxinvestisiya yatırmaqda maraqlı olduğunu bildirib.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi münasibətləringücləndirilməsi perspektivləri və potensial investisiyatərəfdaşlığı nəzərdən keçirilib, gələcək əməkdaşlıq üçün atılabiləcək addımlar müzakirə olunub.

Seçilən
15
7
az.trend.az

10Mənbələr