AZ

Cənubi Koreya bütün vətəndaşlarına pul paylayacaq

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya hökuməti daxili istehlakı artırmağa çalışdığı üçün bütün vətəndaşlarına pul paylayacağını açıqlayıb.

Hafta.az-ın “The Korea Herald”a istinadən yazdığına görə, iyunun 18-dən etibarən ölkədə yaşayan bütün Cənubi Koreyalılar birdəfəlik, geri qaytarılmayan ödəniş olaraq 150 min (188 manat) alacaqlar.

Ödənişlərin iyulun 21-dən etibarən 8 həftə ərzində paylanacağı, gəlir səviyyəsi və yaşayış bölgəsindən asılı olaraq məbləğin arta biləcəyi bildirilib.

Kasıb və tək valideynli ailələrə 300 min von (375 manat), özlərini dolandırmaq üçün dövlətdən pul alanlar isə 400 min von (512 manat) alacaqlar.

Regional inkişafı təşviq etmək üçün Seuldan kənarda yaşayanlara əlavə 30 min von (1280 manat) veriləcəyi də açıqlanıb.

Əhalisinin getdikcə azaldığı bəzi kəndlərə və balıqçı icmalarına əlavə olaraq 50 min von (2132 manat) veriləcək.

Proqrama əcnəbilərin daxil olmadığı açıqlansa da, daimi yaşayış icazəsi olanlar, nikah yolu ilə köçənlər və qaçqın statusu olanlar da bu yardımdan yararlana biləcəklər.

Ən aşağı gəliri olan 90 faiz də 22 sentyabr - 31 oktyabr tarixləri arasında əlavə 100 min von (4264 manat) qazanacaq.

Bu pul parlamentin təsdiq etdiyi 31,8 trilyon von əlavə büdcə ilə qarşılanacaq.

Proqramdan məsul olan daxili işlər nazirinin müavini Kim Min-jae, "Biz istehlakı təşviq edərək və ehtiyacı olanları dəstəkləyərək iqtisadiyyatı yaxşılaşdırmağı hədəfləyirik" deyib.

Cənubi Koreya Prezidenti Li iqtisadiyyatda praqmatik və bazar yönümlü yanaşmanı mənimsəyərək böyüməni canlandıracaqlarını, qabaqcıl texnologiyaları gücləndirəcəklərini, xarici siyasətdə isə milli maraqları əsas götürən, dəyişən iqtisadi və təhlükəsizlik şəraitinin yaratdığı problemləri həll edən praqmatik diplomatiyaya keçəcəklərini vurğulayıb.

Seçilən
4
50
hafta.az

10Mənbələr