Finss.az - Bazar ertəsi günü neftin qiymətləri OPEK+ ölkələrinin avqust ayında gözləniləndən daha yüksək hasilat artırımı qərarından sonra azalmağa başladı.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri 0,45% ucuzlaşaraq barelə görə 67,99 dollar səviyyəsinə endi. Nyu-York Mal Birjasında (NYMEX) WTI neft fyuçersləri isə 0,76 dollar azalararaq 66,24 dolları gördü.
2023-cü ildə gündəlik hasilatını 2,2 milyon barel məhdudlaşdıran səkkiz OPEK+ ölkəsi, bazar gözləntilərini üstələyərək avqust ayında gündəlik hasilatı 548 min barel artırmaq qərarına gəldi. Bu, bazarda qiymət təzyiqinə səbəb oldu. Analitiklər bu artımı bazar payı uğrunda daha sərt rəqabət əlaməti kimi qiymətləndirir.
Eyni zamanda, ABŞ-da ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik və prezident Donald Trampın tətbiq edəcəyi yeni tariflər də neft bazarında narahatlıq yaradır. Tramp yaxın günlərdə ticarət tərəfdaşlarına idxal tarifləri barədə bildirişlər göndərəcək. Bu faktorlar neft qiymətlərinin yuxarı qalxmasını məhdudlaşdırır.
Hazırda neft qiymətlərinə yalnız zəif ABŞ dollarının təsiri müsbət təsir göstərir.