AZ

Peşə məktəbini bitirən işsizlərin NƏZƏRİNƏ Əmək bazarı gəncləri… EKSPERT

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Azərbaycanda son illər peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Ənənəvi ali təhsil modelindən fərqli olaraq, qısa müddətdə əmək bazarına uyğun peşələr üzrə ixtisaslı kadr hazırlığına yönələn bu sistem həm gənclər, həm də əmək bazarı üçün yeni imkanlar yaradır. Lakin bir çox ekspertlərin fikrincə, peşə təhsilinə olan ictimai münasibət, təbliğatın zəifliyi və işəgötürənlərlə əməkdaşlıq mexanizmlərinin hələ də tam formalaşmaması bu sahədə ciddi problemlər yaradır.

Peşə təhsili əmək bazarının tələblərinə cavab verirmi? Peşə təhsili hansı sahələrdə real iş imkanı yaradır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyatçı-ekspert Xalid Kərimli bildirib ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Desək ki, cavab verir, səhvdir, tam cavab vermir fikri də səhvdir.

Ekspertin sözlərinə görə, ölkədə ən böyük problemlərdən biri məşğulluqla bağlıdır. Bunun da əsas səbəbi neft sektorunun pis inkişaf etməsidir. Rəqabətqabiliyyətli iqtisadiyyat qura bilməməyimizdir.

X. Kərimli qeyd edib ki, insanların layiqli iş tapmaqla bağlı problemləri var. Çünki 10 nəfər iş axtarır, onun 1-2 nəfəri işlə təmin olunur. Bu da narazılıqlara səbəb olur. Və nəticədə digər işsiz insanlar layiq olmadıqları, sevmədikləri işlərlə məşğul olurlar. Düzdür, hamı daha yuxarıya can atır. Amma məsələ ondan ibarətdir ki, biz mübahisəli şəkildə görürük ki, layiqli iş yeri həm də layiqli yüksək əməkhaqqıdır. Azərbaycan heç Qafqazda yüksək əməkhaqqı ilə fəxr edə bilmir. Qonşu dövlətlər bizdən daha yüksək əməkhaqqı təklif edə bilirlər. Orta əməkhaqqından söhbət gedir.

Ekspert sonda vurğulayıb ki, burada xeyir işverənə yaradığına görə, insanlar peşə məktəbində ixtisas tapmasalar da müxtəlif yollarla, kurslarla, treninqlərlə, distant təhsil vasitəsilə problemləri aradan qaldırmağa can atırlar. Peşə və ali məktəblərdə bu ixtisaslara yiyələnə bilməsələr də biz bundan çox da şikayət edə bilmərik ki, iş yerləri ixtisaslı kadrlardan çox əziyyət çəkir. Əziyyət təbii ki, çəkir amma çox əziyyət çəkilmir. Təbii ki, bütün iş yerləri də çalışır ki, daha aşağı qiymətə, daha yaxşı kadrları götürsün. Peşə təhsili ilə yanaşı guya ali təhsil əmək bazarında təlabata cavab verirmi?! Tələbələr, məzunlar əmək bazarına hazır olurmu?! Onlar istədikləri iş yerlərini tapa bilirlərmi?! Bu sualların hamısı açıq olaraq qalır. Ölkədə təhsilin inkişaf problemi var. Təkcə peşə təhsilində deyil, orta və ali təhsildə də ciddi problemlər var.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
6
tribunainfo.az

10Mənbələr