AZ

"Qarabağ" Ukrayna klubu ilə qeyri-adi oyun keçirəcək - VİDEO

BAKI. 7 iyul. TELEQRAF

Bu gün "Qarabağ" Ukraynanın "Metallist" komandası ilə qeyri-adi yoxlama matçı keçirəcək.

Teleqraf xəbər verir ki, tərəflər hər biri yarım saatdan ibarət dörd hissəlik oyuna çıxacaqlar.

Belə bir qərar iki klub arasındakı razılaşma əsasında qəbul olunub.

Avstriyadakı "Ulrich Sportplaz" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Qarşılaşma "Metallist"in yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışında ilk, "Metallist"in üçüncü yoxlama oyunu olacaq.

Seçilən
25
50
teleqraf.com

10Mənbələr