ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2026-cı il üçün hazırladığı büdcə sənədində Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla PKK/YPG-yə təlim və təchizat üçün 130 milyon dollar ayrılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə sənəd ABŞ Konqresinə təqdim edilib.
Sənədə əsasən, bu vəsaitin məqsədi SDQ və digər müttəfiq qrupların təlimatlandırılması, silah-sursatla təchiz olunması və maaşlarının ödənilməsidir. Həmçinin bu vəsaitin 7,42 milyon dolları Suriya Azad Ordusuna (SÖO) ayrılacaq.
Sənəddə qeyd olunub ki, Vaşinqton bu dəstəyi göstərməzsə, İŞİD yenidən güclənə və ABŞ əsgərləri üçün təhlükə yarada bilər.
Qeyd edək ki, 2023-cü ildə bu məqsədlə 156 milyon dollar, 2024-cü ildə isə 147 milyon dollarayrılmışdı.