AZ

Tamaşaçıları inandıra bilməyən AKTYORLAR - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bəzi aktyorlar şöhrət və bacarıqlarına baxmayaraq, mənfi obrazı inandırıcı şəkildə təcəssüm etdirə bilmirlər. Tamaşaçılar onları bu cür rolda qəbul etmirlər, müxtəlif səbəblər - görünüşün obraza uyğun gəlməməsi, müsbət rollarda daimi görünməsi və sair əsas gətirilir.

Hafta.az-ın bu məqaləsində eyni vəziyyətlə üzləşmiş dörd aktyordan bəhs edəcəyik.

Jared Leto

Kinosevərlər əvvəllər “Heath Ledger” və “Joaquin Phoenix”in Coker obrazlarını görməsəydilər, Jared Letonun performansı bu qədər mənfi qarşılanmazdı. O, ilkin olaraq bu rola təsdiqlənəndə pərəstişkarları böyük ümidlər bəsləyirdilər. Çoxları Letonun Cokerinin çox parlaq olacağını gözləyirdi, lakin nəticə gözlənildiyi kimi alınmadı.

Tənqidçilərin fikrincə, hər bir aktyor Cokerə özünəməxsus xarakterini gətirib və onu çoxşaxəli edib. Lakin Jared bunu bacarmadı. Bundan başqa, aktyor çəkiliş meydançasında mənfi təsir bağışlayıb. Media onun ekrandankənar qəribəliklərindən yazırdı - Leto gah həmkarlarını ələ salırdı, gah da onlarla məzələnirdi. Onlar hesab edirdilər ki, Jared öz işinə qarşı hörmətsiz və məsuliyyətsizdir. Bundan əlavə, o, bu görüntüdə qorxulu görünə bilməzdi.

Tamaşaçılar onu “dəli Coker” kimi qəbul edə bilmirdilər. Hit Ledcer və Xoakin Feniks isə əksinə, belə obrazda dərin psixoloji dram yaradıblar.

Svetlana Xodçenkova

Svetlana Xodçenkova Hollivudda ilk addımlarını atan zaman “Ölməz canavar” filmində Suvilon rolunu oynayıb. Filmdə ona çox vaxt verilməsə də, bu qısa anlarda aktrisa obrazı yaddaqalan olub.

Lakin onun filmdəki obrazı təhlükəli düşmən kimi deyil, cazibədar qadın kimi görünür. Tamaşaçı Uolverin üçün ciddi təhlükə hiss etmir. Xodçenkovanın gözəl saç düzümü, mavi gözləri və zərif görünüşü onun qatı, qaniçən düşmən kimi görünməsinə mane olur. Bundan əvvəl aktrisa heç vaxt mənfi obrazları canlandırmamışdı ki, bu da tamaşaçıların ona inanmasına mane ola bilərdi.

Tom Hiddleston

“Marvel” filmlərində Tom Hiddlestonun canlandırdığı Loki obrazı o qədər məşhurlaşdı ki, hətta “Kapitan Amerika”dan da çox pərəstişkar qazandı. Bu, adətən, bədxahlarda belə olmur. Komikslərdə Loki hiyləgər xain kimi təsvir edilir, öz xeyri üçün hər şeyə hazırdır.

Hiddleston ilk dəfə 2011-ci ildə çəkilmiş "Tor" filmində Loki rolunda göründü. Orada Loki ailəsinə xəyanət edir, Jotunheymi məhv etməyə və Yer kürəsini idarə etməyə çalışır. Amma buna baxmayaraq, tamaşaçılar ona yazığı və rəğbətlə baxırlar.

Tom Hiddleston indiyədək heç vaxt belə mənfi rollar oynamayıb və Loki hər dəfə xəyanət edəndə tamaşaçılar onu anlamağa çalışırlar. Pərəstişkarlarının isti cavabı sayəsində Loki tədricən müsbət xarakterə çevrilməyə başladı. Marvel süjeti dəyişmək məcburiyyətində qaldı. Nəticədə Loki ayrı bir serialda baş qəhrəman kimi göründü.

Adam Drayver

“Ulduz müharibələri: Qüvvət oyanır” filmində Kilo Ren rolunu Adam Driver canlandırıb. Tənqidçilər onun aktyorluq bacarığından razı olsalar da, tamaşaçılar onu uğursuz hesab edirdilər. Bu dəfə onların narazılığı özünü doğrultmadı. Adamın xarici görünüşü və hərəkətləri çoxlarının xoşuna gəlmirdi. Tamaşaçıların fikrincə, Drayver hələ aktyordan qəddarlıq və özünəməxsus təəssürat tələb edən cani roluna “böyüməmişdi”. Bəzilərinə o, kifayət qədər yaraşıqlı deyil, bəzilərinə isə çox yaraşıqlı görünürdü.

Seçilən
7
9
hafta.az

10Mənbələr