AZ

İsrail yeni hərbi əməliyyata başladı: Hədəf bu ölkədir

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin müdafiə naziri İsrael Katz Yəməndə "Qara Bayraq" kod adlı Ənsar Allah (Husi) hərəkatına qarşı yeni hərbi əməliyyat elan edib.

News24.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. İsrail Yəmənin Hudeydə şəhərinə 20-dən çox zərbə endirib, üç limanı və bir elektrik stansiyasını hədəfə alınıb. 

“Qara Bayraq əməliyyatı çərçivəsində İsrail Müdafiə Qüvvələri (İDF) təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilən və hazırda Qırmızı dəniz əməliyyatı üçün istifadə edilən Hodeyda, Əs-Səlif və Ras İsa limanlarındakı husi terrorçularının hədəflərinə, Ras Katib elektrik stansiyasına və Qalaktika Lider gəmisinə güclü zərbələr endirib”, - Nazirliyin mətbuat xidmətindən bildirilib.

Katz həmçinin Yəməni yəhudi dövlətinə davamlı raket hücumlarına görə "Tehranın taleyi" ilə hədələyib.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
39
news24.az

10Mənbələr