FIFA 2025-cil FIFA Klub Dünya Kubokunun “Fluminense” – “Çelsi” yarıminal oyununa biletlərin qiymətində endirim edib.
Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, FIFA biletlərin qiymətini 36 dəfə ucuzlaşdırıb.
Mənbənin məlumatına görə, hazırda bir biletin qiyməti 13,4 ABŞ dolları məbləğindədir. 72 saat ərzində isə biletin qiyməti 473,9 ABŞ dolları məbləğində olub.
Vurğulanır ki, indi biletin qiyməti yarışın keçirildiyi stadionlarda satılan pivə (14 ABŞ dolları) və yeməkdən (15 ABŞ dolları) ucuzdur.
Xatırladaq ki, “Fluminense” – “Çelsi” oyunu iyulun 8-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Yarımfinal mərhələsinin digər cütündə isə iyulun 9-da Fransa nəhəngi PSJ ilə İspaniya nəhəngi “Real” qarşılaşacaqlar.
Yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək.