AZ

Qarabağ bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşacaq.

Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 sınaq matçı keçirəcək. Ağdam təmsilçisi Ukrayna klubu ilə oyundan dörd gün sonra Niderland “Tvente”si ilə iki görüşə çıxacaq. İyulun 15-də baş tutacaq son qarşılaşma isə Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
39
azertag.az

10Mənbələr